"Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur

Müasir dövrdə dəqiq və etibarlı statistika artıq yalnız hesabatlıq vasitəsi deyil, bu, eyni zamanda, dövlət siyasətinin formalaşdırılması, iqtisadi proseslərin düzgün qiymətləndirilməsi və səmərəli qərar qəbul etmənin əsasını təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 17-də Nazirlər Kabinetində

əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

O bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəticəsində sistemlərimizdə böyük həcmdə inzibati məlumat bazası formalaşıb. Siyahıyaalınma prosesində bu potensialdan maksimum yararlanmaq üçün iki əsas texniki yenilik təklif edilir. Bu, FİN vasitəsilə məlumatların avtomatik doldurulması, vətəndaşların fərdi identifikasiya nömrəsi daxil edildikdən sonra dövlət informasiya sistemlərində artıq mövcud olan məlumatlar avtomatik olaraq anketə inteqrasiya olunacaq.

Nazirin sözlərinə görə, ilkin təhlillər göstərir ki, anket suallarının əhəmiyyətli hissəsi və məlumatlar artıq dövlət reyestrlərində mövcuddur. Bu, insan amilindən qaynaqlanan səhvləri aradan qaldıracaq və məlumatların dəqiqliyini əhəmiyyətli dərəcədə artıracaq. "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur. Vətəndaşlara "mygov" portalında reyestr məlumatları əsasında əvvəlcədən doldurulmuş anketlər təqdim edilə bilər. Vətəndaş yalnız çatışmayan və dəyişmiş məlumatları əlavə edə bilər.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR