“Xiaomi” işçilərini robotlarla əvəzləyəcək

Çinin “Xiaomi” korporasiyası öz zavodlarında işçiləri robotlarla əvəz edəcək.

Gazette.az xəbər verir ki, “ITHome” nəşrinin məlumatına görə, “Xiaomi” şirkətinin baş direktoru Ley Tszyun bu barədə jurnalistlərə müsahibəsində deyib. Süni intellektin yaxın gələcəkdə sənayeyə əhəmiyyətli təsir göstərəcəyini vurğulayan sahibkar şirkətin təxminən beş ildən sonra öz zavodlarında insanabənzər robotların tətbiqinə başlanacağını bildirib.

Uğurlu avtomatlaşdırma nümunəsi olaraq stasionar robotlar vasitəsilə kuza detallarının yoxlanıldığı “Xiaomi” elektrik avtomobili zavodunu göstərən Ley Tszyun süni intellektlə işləyən rentgen sisteminin avtomobil hissələrini iki saniyə ərzində yoxladığını və bunun insan sürətindən on dəfə yüksək olduğunu qeyd edib.

Onun sözlərinə görə, avtomatlaşdırmanın yeni səviyyəsi təxminən 140 milyard dollarlıq sənaye bazarı açacaq və İT nəhəngləri robotlara üstünlük verərək diqqəti ucuz işçi qüvvəsinə cəlb edəcəklər.

Xatırladaq ki, “Xiaomi” 2022-ci ildə “CyberOne” adlı ilk robotunun prototipini nümayiş etdirib.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR