İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.

Gazette.az xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan Prezidentinin 2026-cı ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlandı, səfər çərçivəsində yaxşı nəticələrin əldə olunduğu vurğulandı.

Xalqlarımız arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edildi və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirildi.

İkitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrimizin genişləndirilməsi baxımından müntəzəm olaraq həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, həmçinin bu yaxınlarda keçirilmiş hökumətlərarası komissiyanın iclasına toxunuldu.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərin Gürcüstan tərəfindən alqışlandığını bildirdi.

Cənubi Qafqaz regionunda mövcud sabitliyin önəmi qeyd edildi, Azərbaycanda və Gürcüstanda, həmçinin daha geniş regionda hökm sürən sabit vəziyyətin ölkələrimizin inkişafında rolu vurğulandı.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artması məmnunluqla qeyd edilərək, bu nəqliyyat dəhlizinin, həmçinin Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi müxtəlif bağlantı layihələrinin əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev regional məsələlərdə hər zaman inklüziv yanaşmanın olmasının vacibliyini vurğuladı. Bu xüsusda Azərbaycanın və Gürcüstanın regionda birgə səylərlə həyata keçirdiyi Orta Dəhliz layihəsinin artıq funksional olduğu vurğulandı və bu xətlə daşımaların mütəmadi əsasda artdığı bildirildi.

Bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik xətti layihəsinin önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edildiyi xatırlanaraq, Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin regional əməkdaşlığın inkişafı baxımından vacibliyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

SON XƏBƏRLƏR

Bakıda şüşə sənəti üzrə təlimlər keçirilib

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Mövsümüdür, çox yeyin

Piyada gəzməyin bu xeyri var

Uşaqlarınıza duz əvəzi kalsium verin

Bir gündə sərvəti 34 milyard dollar artdı

“ASAN AI HUB” “OECD.AI” PLATFORMASINDA

Hansı yanacaq növlərinin istehsalı artır, hansılar azalır?

Mərkəzi Bank inzibati binası ilə bağlı tender elan edib

Maliyyə Nazirliyi liftlərin alınması ilə bağlı tender elan edib

Apteklərdə lisenziyasız göz müayinəsi aparanları nə gözləyir?

Bu 3 ayda doğulan insanlar təklikdə daha xoşbəxt olur

Limonlu çayı hər gün içmək orqanizmə necə təsir edir?

Plovun dənəvər alınması üçün yol verilən əsas səhvlər

Aqşin Fatehin daha bir restoranı bağlandı

Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu

Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı

Prezident İlham Əliyev Trampa təşəkkür edib

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı növbəti monitorinq keçirilib

ADY-nin Müşahidə Şurasına yeni üzv təyin olundu

BÜTÜN XƏBƏRLƏR