İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.

Gazette.az xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq, ölkəmizə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.

Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri qeyd olundu. Bu xüsusda siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulandı.

SON XƏBƏRLƏR

Qoşqar Təhməzli sahibkarları qəbul edəcək

Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi

Yeni icra başçısı kollektivə təqdim olundu

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Milli Qəhrəman komaya düşüb - Vəziyyəti ağırdır

AQTA sədri İmişli və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub

Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti

“Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” mövzusunda konfrans keçirilib

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib

ETN ilə QHT Agentliyi qrant müsabiqəsi elan edir

Bakının su təchizatı bu şəxsə həvalə olundu - TƏYİNAT

Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

Vergi Xidmətindən getdi, "AZCON Holding"də vəzifəyə təyin edildi

Azərbaycanda İslam bankçılığına olan tələbat ölçülüb

Bu qidalar insult və unutqanlıq yaradır

Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq

Çap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur?

Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək

Tələbə Elmi Cəmiyyətinə sədr seçilib

Şəkinin turizm imkanları mediatur çərçivəsində təqdim olunub

BÜTÜN XƏBƏRLƏR