“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır.

Gazette.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu (bundan sonra – Qoruq) elan edilib.

Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməli, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Mədəniyyət Nazirliyi Qoruğun idarə olunmasını təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməlidir.

SON XƏBƏRLƏR

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır

“AzerGold” Özbəkistanda fəaliyyətə başlayır

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” siyahısına salındı - Adlar

Azərbaycanda 373 vergi cinayəti ilə bağlı iş açılıb

ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib

Bakıda yeni mikrorayon salınacaq

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

Çox yaşamaq istəyirsinizsə, bu qidalardan uzaq olun

Mərkəzi Bank yeni məzənnələri açıqladı

Xaçmazda fındıq bağlarını dövlət dəstəyi ilə sığortalamaq mümkündür

DVX rəqəmsallaşma və süni intellekt vasitəsilə vergi nəzarətini gücləndirir

Neftçala rayonunda Energetika Günü qeyd edilib

Azərbaycan XİN-dən Fransaya səyahət barədə XƏBƏRDARLIQ!

Məktəbdənkənar fəaliyyətə dair təlim keçirilib

Dövlət Neft Fondunun aktivləri 125,8 milyard manata çatıb

Səhiyyədə yeni idarəetmə modeli xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlib

Neftçalada YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Qarabağ Milli Parkı yaradılır - Sərəncam

Bakıda III İslam Maliyyə Forumu keçiriləcək

Prezidentdən Qarabağla bağlı SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR