Hazırda informasiya və dezinformasiya çox sürətlə yayılır

Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Qlobal Media Forumundan daha uyğun məkan tapmaq çətindir. Şuşa yalnız şəhər deyil, həm də bir rəmzdir. Əsrlər boyu bura ədəbiyyatın, musiqinin, jurnalistikanın və ictimai fikrin çiçəkləndiyi intellektual və mədəni müzakirə məkanlarından biri olub. Hazırda isə bura dialoqun, ideyaların və beynəlxalq əməkdaşlığın yenidən qurulduğu məkana çevrilir.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Şuşa Qlobal Media Forumu sadəcə konfrans deyil, jurnalistlərin, siyasətçilərin, akademik və texnologiya liderlərinin medianın ən vacib dəyərlərindən birini, yəni həqiqəti və faktları qoruyub saxlamaq yolları araşdırmaq üçün platformadır. Çünki hazırda informasiya və dezinformasiya çox sürətlə yayılır. Etimad isə çox vaxt və mütəmadi olaraq geridə qalır. Süni intellekt jurnalistikanı yenidən formalaşdırır.

“İndi sülh təkcə diplomatiyadan deyil, həm də məsuliyyətli kommunikasiyadan asılıdır. Münaqişələr yalnız döyüş meydanında deyil, həm də informasiya məkanında aparılır. İndi Ermənistan cəmiyyətinin bəzi dairələrində revanşist qüvvələr hələ də baş qaldırmaqda davam etdiyi bir vaxtda, medianın təhriflərə müqavimət göstərmək, nifrəti rədd etmək və həqiqəti müdafiə etmək məsuliyyəti daha da artır. Münaqişə artıq bitsə də, Ermənistan mediasında revanşist qüvvələr hələ də üstünlük təşkil edir. Hətta bəzi beynəlxalq media qurumları da bizi yenidən münaqişənin başladığı "sıfır nöqtəsinə" geri sürükləməyə çalışırlar”, - deyə Hikmət Hacıyev bildirib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR