İlham Əliyev ABŞ Konqresinin Nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

Gazette.az xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğuladı.

ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfərini məmnunluqla xatırladı, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd etdi.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev Abraham Hamadenin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini dedi.

O, həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğuladı.

Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq, hər iki liderin dövlətlərarası münasibətlərimizin inkişafına böyük önəm verdikləri qeyd olundu.

Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulandı, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunuldu.

Görüşdə ölkəmizlə ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olundu.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR