Azərbaycan-Latviya münasibətlərində yeni dövr

Bu gün Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri qarşılıqlı sərmayələrin artırılmasıdır. Latviya Prezidenti Edqars Rinkeviçsin  bu günlərdə Azərbaycana rəsmi səfəri zamanı hər iki ölkənin prezidentləri bir çox məsələlərlə yanaşı bu məqama da xüsusi diqqət çəkdilər.

Dövlət başçısı cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, hər iki ölkəyə yönələcək investisiyalar təkcə iqtisadi göstəricilər baxımından deyil, həm də yeni iş yerlərinin yaradılması, texnologiyaların transferi və sənaye sahəsində inkişaf baxımından mühüm və gözəçarpan nəticələr verə bilər.

Prezident İlham Əliyev bildirmişdir ki, tərəflər arasında əldə olunan razılaşmalardan biri də qarşılıqlı informasiya mübadiləsinin daha sistemli şəkildə aparılmasıdır. Bu çərçivədə planlar, proqramlar və sərmayə imkanları barədə mütəmadi məlumat mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu yanaşma həm Azərbaycan, həm də Latviya şirkətlərinin mövcud imkanlardan vaxtında xəbərdar olmasına, daha effektiv qərarlar qəbul etməsinə və fəaliyyətlərini daha düzgün planlaşdırmasına şərait yaradacaqdır. Məlum olduğu kimi müasir iqtisadi mühitdə şəffaf və operativ informasiya mübadiləsi investisiya axınının əsas şərtlərindən biridir.

Bu baxımdan tərəflər arasında qurulan bu mexanizm iqtisadi əməkdaşlığın daha səmərəli və dayanıqlı şəkildə inkişafına xidmət edəcəkdir. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, Azərbaycan həm dövlət, həm də özəl sektor səviyyəsində xarici investisiyalara açıqdır və bu istiqamətdə geniş təcrübəyə malikdir. Bu baxımdan Azərbaycan sərmayədarları beynəlxalq layihələrdə fəal iştirak etməyə hazırdır və Latviya bazarı da bu baxımdan maraqlı və perspektivli istiqamətlərdən biri kimi qiymətləndirilir.

Cənab Prezident həmçinin vurğulamışdır ki, qarşılıqlı sərmayələrin artırılması ticarət dövriyyəsinin genişlənməsinə də birbaşa təsir göstərəcəkdir. Dövlət başçısı əminliyini ifadə etmişdir ki, biznes-forum çərçivəsində əldə olunacaq razılaşmalar və qurulacaq birbaşa işgüzar əlaqələr qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında ciddi dönüş nöqtəsi olacaq. Bu isə ümumilikdə Azərbaycan–Latviya iqtisadi münasibətlərinin daha dinamik, praktik və nəticəyönümlü inkişafına şərait yaradacaqdır.

Azər Cəfərov
Neftçala rayonu

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

BÜTÜN XƏBƏRLƏR