Xocalı Soyqırımı Memorialı birliyimizin rəmzidir

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

26 fevral tarixində Ölkə başçısı cənab İlham Əliyevin iki il öncə faicə qurbanlarının xatirəsini əbədiləşdirmək üçün əsasını qoyduğu Xocalı Memorial Kompleksininin açılışını  etdi. Bu tarixi hadisə faciə qurbanlarına verilən ən böyük dəyərdir. Artıq 34-cü ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı Azərbaycan xalqının çoxəsrlik tarixinin ən faciəvi hadisələrindən biridir. Faciəni bizlər üçün daha ağrılı edən isə hadisənin demək olar ki, gözlərimiz önündə baş verməsi, qətliamın real görüntülərini görməyimiz, bu soyqırımı şəxsən gözləri ilə görmüş, eləcə də əsirlik həyatı yaşamış insanların öz dillərin eşitməyimizdir. “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.

Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür,” deyən Ümummilli Lider Heydər Əliyev bu tarixi faktı həmişə diqqət mərkəzində saxlamış və  dünyaya bəyan etmək üçün  bütün imkanlardan istifadə etmişdir. Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev soyqırımı aktı və onun həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına nail olmuşdur. Cənab İlham Əliyev Xocalı faciəsinə tarixi qiymət vermişdir: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”. Artıq Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında və ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. 2008-ci ildən etibarən “Xocalıya Ədalət” kampaniyası keçirilir. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

İnanırıq ki, beynəlxalq ictimaiyyət gec ya tez misli görünməmiş soyqırımı aktına öz həqiqi qiymətini verəcəkdir.

Nəsib Abbasov
Neftçala rayonu

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR