Azərbaycanda rayonlar birləşdiriləcək? - AÇIQLAMA

2026-cı ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib.

Büdcə ilə bağlı əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri də  rayonların optimallaşdırılmasıdır.

Qeyd edək ki, son illər struktur dəyişiklikləri nəticəsində ölkədə fəaliyyət göstərən bir neçə dövlət qurumları ləğv edilərək digər quruma birləşdirilib. Hazırda isə rayonlarla bağlı bu istiqamətdə müzakirələr davam edir. 

Qeyd edilir ki, bu prosesin həyata keçirilməsi ilə milyonlarla manat vəsaitə qənaət edilmiş olar. Hazırda Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu var. Bir çox rayon əhalisi 50-70 min nəfər arasındadır, bəziləri daha azdır. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Xızı rayonunda 16.8 min nəfər, Daşkəsən rayonunda 33.4 min nəfər, Siyəzən rayonunda 42 min nəfər, Oğuz rayonunda 48 min nəfər, Zərdab rayonunda 60 min nəfər insan yaşayır.

Naxçıvan Muxtar Respublikasında da bəzi rayonların əhali sayı 30 min nəfərdən aşağıdır. Hazırda səsləndirilən təkliflər arasında rayonların sayının 64-dən təxminən 50-yə endirilməsi yer alır. 

Rayonların optimallaşdırılması ilə bağlı təkliflər reallaşarsa, müsbət nəticələr əldə etmək mümkündürmü?

Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, rayonların sayının azaldılması, birləşdirilməsi bir qədər strateji qərarlara söykənməlidir: 

“Yəni hansısa yalnız büdcə məntiqinə deyil, idarəetmənin də optimallaşdırılmasına söykənməlidir. Xeyli vaxtdır təklif edirik ki, Azərbaycanda inzibati ərazi bölgüsü dəyişdirilməlidir, buna ehtiyac yaranıb.

Bizim hərbi qələbəmizdən, suverenliyimizin, ərazi bütövlüyümüzün bərpasından sonra hətta zərurətə çevrilib. Azərbaycan Prezidentinin qərarı ilə Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan da daxil olmaqla 14 iqtisadi rayon yaradılıb.

Həmin 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməlidir. Yəni ölkədə bu qədər kiçik inzibati ərazi vahidlərinin olmasına ehtiyac yoxdur. Bunun üçün də Konstitusiya islahatları lazımdır.  Əgər Konstitusiya islahatları, idarəetmənin təkmilləşdirilməsi kimi addımlar atılsa, daha yaxşı olar. 

Təbii ki, bu büdcə xərcləmələrinə də qənaət etmiş olar, idarəetmənin keyfiyyətini də artırmış olar. İdarəetmə daha keyfiyyətli, daha insanyönümlü olar. Belə yanaşılması daha doğrudur”.

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

BÜTÜN XƏBƏRLƏR