Bakı Beynəlxalq tədbirə ev sahibliyi edəcək

Oktyabrın 11-17-si tarixlərində Bakı şəhəri beynəlxalq hüquq ictimaiyyətinin diqqət mərkəzində olacaq.

Gazette.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, bu tarixlərdə Azərbaycan paytaxtı Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Associationof Judges) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək.

Nəzərə alınmalıdır ki, 1953-cü ildə təsis olunmuş və əsas fəaliyyəti dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanması olan və öz ətrafında dünyanın 93 ölkəsinin hakimlər birliklərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyası illik toplantılarını yalnız qanunun aliliyinin, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.

Ölkəmizə, eləcə də son illər həyata keçirilmiş məhkəmə-hüquq islahatlarına olan maraq səbəbindən cari ilin oktyabr ayında Bakıda keçiriləcək bu mötəbər tədbirə 71 ölkədən 300-ə yaxın nümayəndənin, o cümlədən hakimlərin, beynəlxalq təşkilatlardan olan nümayəndələrin və tanınmış ekspertlərin qatılacağı gözlənilir.

Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilərin keçirilməsi, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələrə dair müzakirələrin aparılması, həmçinin ev sahibi olaraq Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlığın keçirilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində, həmçinin “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolu geniş təhlil olunacaq. Tədbirlə bağlı bütün məlumatlar 4 dildə hazırlanmış www.iaj2025.com səhifəsində yerləşdirilib.

Eyni zamanda, Beynəlxalq Hakimlər Assosiasiyasının növbəti prezidenti də məhz Bakıda keçiriləcək seçki yolu ilə müəyyən olunacaq. Bu, tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır və Azərbaycanda keçirilən Assambleyanı təşkilatın tarixində mühüm mərhələyə çevirir.

Xatırladaq ki, Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində qərara alınıb.

SON XƏBƏRLƏR

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

BÜTÜN XƏBƏRLƏR