Binəli Yıldırım: "Qarabağ zəfəri Cənubi Qafqazda və türk dünyasında yeni dövrün başlanğıcıdır"

"Ruhun şad olsun ümummilli lider Heydər Əliyev. Sizin övladınız Sizin vədinizi və vəsiyyətinizi gerçəkləşdirdi, Şuşanı işğaldan azad etdi. Bu gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Bu gün həm də Şuşa Bəyannaməsinin imzalanmasının birinci, Qars müqaviləsinin imzalanmasının 101-ci ildönümüdür".

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım Şuşada "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən konfransda deyib.

O, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olmaqdan məmnunluq duyduğunu söyləyib: "Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın sizə ürəkdən salam və sevgilərini çatdırıram. Türkiyə-Azərbaycan əlaqələri mənfəət üzərində qurulmayıb. Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq, dostluq üzərində qurulub. 44 günlük Vətən müharibəsindəki zəfərlə 30 ilə yaxın davam edən işğala son qoyulub. Ötən ilin bu günündə Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən Şuşada tarixi Şuşa Bəyannaməsi imzalanıb. Bu, tarixi bir sənəddir. Qarabağ zəfəri sadəcə işğal altındakı torpaqların azad edilməsi məsələsi deyil. Qarabağ zəfəri həm də Cənubi Qafqazda və türk dünyasında yeni bir dövrün başlanğıcıdır".

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR