Fransa XİN başçısı Kiyevdə səfərdədir

Fransanın xarici işlər naziri Ketrin Kolonna Kiyevdə səfərdədir.

Gazette.az TASS-a istinadən xəbər verir ki, Fransa XİN-in mətbuat xidmətinin məlumatına görə, o, Ukraynanın Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

“Nazir bu səfəri ilə Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və Parisin Rusiyanın təcavüzü qarşısında həm humanitar, həm maliyyə, həm də müdafiə silahlarının tədarükü baxımından Ukraynaya dəstəyi gücləndirməkdə tam qətiyyətini nümayiş etdirmək istəyir”, - XİN-in bəyanatında deyilir.

Bildirilib ki, Zelenski və Kuleba ilə görüşlər zamanı XİN başçısı Ukraynadan taxıl və yağlı bitkilərin ixracı məsələsini müzakirə etmək niyyətindədir. “İxracda yaranmış problemlər ərzaq təhlükəsizliyi üçün real risk yaradır. Bu məsələ qısa zamanda konkret həll yollarının tapılmasını tələb edir”, - nazirliyin açıqlamasında deyilir.

Artıq nazir tviter səhifəsində qatarın qarşısında fotosunu paylaşaraq “Fransanın dəstəyini göstərmək üçün indicə Ukraynaya gəldim” sözlərini yazıb.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR