Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Gazette.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə dövlət başçılarının bir yerdə olması qardaşlığımızın rəmzi kimi qiymətləndirilib.

Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının önəmini qeyd etdilər və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndiriblər.

Görüşdə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyi qeyd olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə nahar yeməyi olub.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR