Ann Linde: "İsveç Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir"

"İsveç Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir".

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, bu barədə Azərbaycan və İsveç Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə xarici işlər naziri Ceyhun Bayramovla isveçli həmkarı Ann Linde arasında məktub mübadiləsində bildirilir.

Ceyhun Bayramov məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bu ilin 19 may tarixində Stokholmda yerləşən Nobel mükafatı Muzeyində təşkil olunacaq mədəni tədbirin ölkələrimiz arasında körpü rolunu oynayan Bakıdakı Nobel irsi baxımından rəmzi əhəmiyyət kəsb etdiyini bildirib. Nazir bu illər ərzində Azərbaycan və İsveç arasında iqtisadi və mədəni sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. İsveçin növbəti il Aİ Şurasında uğurla sədrlik edəcəyinə inandığımız və bu xüsusda, İsveçin həmtəsisçilərindən biri kimi Şərq Tərəfdaşlığı çərçivəsində həyata keçirəcəyi fəaliyyətinə töhfə verməyə hazır olduğumuz bildirilib.

Ann Linde məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu bildirib və fürsətdən istifadə edərək Azərbaycan və İsveç arasında mövcud dostluq və əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Ann Linde bundan sonra da iki ölkə arasında mövcud xoş münasibətlər və əməkdaşlığın davam etdirilməsini arzu edib.

Nazirlər səmimi təbriklərini çatdırıb və ölkələrimiz arasında dostluq və əməkdaşlığın bundan sonra da inkişafını arzu ediblər.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR