Sahibə Qafarova Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin Prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Doktor Hussam bin Abdulmohsen Alangari ilə görüşüb.

Qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker diqqətə çatdırıb ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bizim xalqlarımız tarixən dini və mədəni köklərlə bir-birinə bağlıdır və ölkələrimiz arasındakı münasibətlər bu möhkəm təmələ əsaslanır. Sahibə Qafarova qonağın bu səfərinin də Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Milli Məclisin sədri bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini, münasibətlərimizin bu illər ərzində uğurlu inkişaf yolu keçdiyini və əməkdaşlığımızın daha da genişləndiyini diqqətə çatdırıb.

Söhbət zamanı ikitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolundan danışan Sahibə Qafarova, iki ölkə rəhbərlərinin səfərlərinin həyata keçirilməsinin münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verdiyini deyib.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq edirlər. Spiker qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndirir. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla, ümumiyyətlə diplomatik əlaqələr qurmayıb. Bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlıq nümunəsidir.

Söhbət zamanı Sahibə Qafarova parlamentlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ənənəvi dostluq əlaqələrinin genişləndirilməsində ölkələrin ali qanunverici orqanları müsbət rol oynayır. Hər iki ölkə parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir.

Qonağın bu səfərinin Azərbaycan Respublikasının Hesablama Palatasının dəvəti ilə həyata keçirildiyinə toxunan Milli Məclisin sədri Azərbaycan Respublikasının Hesablama Palatası ilə qonağın rəhbərlik etdiyi qurum arasında imzalanmış Anlaşma Memorandumunun ölkələrimiz arasında mövcud olan hüquqi bazanı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib.

Görüşdə Sahibə Qafarova qonağa 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi barədə də məlumat verib. Spiker qeyd edib ki, Azərbaycan torpaqlarını azad etməklə həm beynəlxalq hüququn prinsiplərinin icrasını təmin edib, həm də Ermənistan tərəfindən ortaq İslam dəyərlərimizə aid dini mədəniyyət abidələrinin və məscidlərimizin təhqirinə son qoyub. İndi həmin ərazilərdə məscidlərimiz yenidən tikilir, sürətli bərpa və quruculuq işləri aparılır. Bu gün Azərbaycan sülhdən və sabitlikdən danışır. Ölkəmiz sülh müqaviləsinin imzalanması istiqamətində təkliflərini irəli sürüb.

Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Doktor Hussam bin Abdulmohsen Alangari Azərbaycanın inkişafını, gördüyü işləri təqdir etdiklərini və qürur duyduqlarını diqqətə çatdırıb. Qonaq iki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Səudiyyə Ərəbistanının Baş Audit Bürosu ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında imzalanmış Anlaşma Memorandumu qarşılıqlı münasibətlərin daha da inkişafına yeni bir töhfə olacaq.

Söhbət zamanı Doktor Hussam bin Abdulmohsen Alangari ölkəsində parlamentin fəaliyyəti, ali qanunvericilik orqanında qadınların təmsilçiliyi barədə fikirlərini bölüşüb.

Görüşdə Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR