Ceyhun Bayramov Yaponiya XİN başçısının müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, nazir Yaponiya nümayəndə heyətini salamlayaraq bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğuladı və Azərbaycanın Yaponiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib.

Öz növbəsində, Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdıraraq bu müddət ərzində Azərbaycan və Yaponiya arasında bir çox sahələrdə, o cümlədən siyasi və iqtisadi sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirib. Nazir müavini Honda Taro enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycanın regionda Yaponiyanın mühüm tərəfdaşı olduğunu ifadə edib.

Tərəflər, həmçinin Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov qarşı tərəfə, Azərbaycanın azad olunmuş ərazilərindəki vəziyyət, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi, azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan geniş miqyaslı bərpa və quruculuq işləri, minaların təmizlənməsi, ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Bu xüsusda nazir, Yaponiya şirkətlərinin quruculuq prosesində iştirakını minnətdarlıqla ifadə edib.

İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, Azərbaycanın regionda davamlı sülhün və inkişafın bərqərar olması üçün atdığı əməli addımları qeyd edib.

Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR