Şarl Mişel: “Bu gün Ukrayna ilə bağlı “Marşall planı”nın əsası qoyula bilər"

“Bu gün Ukrayna ilə bağlı “Marşall planı”nın əsası qoyula bilər”.

Gazetta.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün, mayın 5-də Polşanın paytaxtı Varşavada keçiriləcək Ukraynaya yardımla bağlı konfrans ərəfəsində "Interfaks - Ukraina"ya müsahibəsində deyib.

“Varşavada keçiriləcək donor konfransın Ukrayna ilə bağlı Avropa “Marşal planı”nın başlanğıc nöqtəsi olacağına inanıram. Biz bunu etməliyik. Biz Ukraynanı mümkün qədər güclü dəstəklədiyimizi göstərməliyik”, - o bildirib.

Ş.Mişel Rusiyanın Ukraynaya hərbi müdaxiləsini İkinci Dünya müharibəsi ilə müqayisə edib: “Bu əsrdə Ukraynaya qarşı müharibə humanitar faciədir. Bu gün uzaqgörən liderlər ayağa qalxmalı və cəsarətli olmalıdırlar. Biz Ukraynanı təkcə sözlə, çıxışlarımızla dəstəkləməli deyilik. Bu, kifayət deyil. Bizə pul, güclü siyasi iradə lazımdır”.

Qeyd edək ki, “Marşall planı” və ya rəsmi adı ilə “Avropanı bərpa proqramı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır. Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc C. Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.

“Marşall plan”ı Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.

“Marşall planı”na SSRİ iqtisadiyyatının müharibədən sonrakı yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina edib.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR