
Şolts Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin şərtini açıqlayıb
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi Kiyev və Moskva arasında razılıq əldə edilmədən mümkün deyil.
Gazette az Trend-ə istinadən bildirir ki, bunu "CDF" telekanalının efirində Almaniyanın kansleri Olaf Şolts deyib.
"Rusiya və Ukrayna arasında razılıq əldə edilmədən biz sanksiyaları ləğv etməyəcəyik", - deyə kansler bildirib. Onun sözlərinə görə, bu "zorla qəbul etdirilmiş sülh" olmamalıdır.
Kansler qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini, o cümlədən müdafiə sahəsində davam etdirəcək, lakin fikirləşmədən hərəkət etməyəcək. Onun sözlərinə görə, Qərb ölkələri, o cümlədən Almaniya Ukraynanı dəstəkləyir. "Biz onları dəstəkləməyə davam edəcəyik. Lakin kimsə yüksək səslə tələb etdiyi üçün ehtiyatsız davranmağın mənası yoxdur", - deyə O.Şolts bildirib.
"Verdiyimiz hər bir qərarın gətirib çıxaracağı nəticələr barədə də düşünürük", - deyə kansler əlavə edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





