Prezident İlham Əliyev Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edib.

Gazette az xəbər verir ki, Bris Rokföy Fransanın Cənubi Qafqazda sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqının sədri kimi ölkəsinin Avropa İttifaqının Azərbaycanla əlaqələrin müxtəlif sahələri üzrə təşəbbüslərini tam dəstəklədiyini dedi.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı, dövlətimizin başçısının ötən ilin dekabrında Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakı xatırlandı.

Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olundu. Ölkəmizin irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfinin qəbul etdiyini vurğulayan dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan-Fransa münasibətlərinə toxunuldu. Prezident İlham Əliyev ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronla Brüsseldə görüşünü və bu ilin fevralında videoformatda görüşünü qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, Emmanuel Makrona Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik ünvanladığını xatırladı.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR