Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib.

Gazette az xəbər verir ki, dövlət başçısı ilk növbədə İliya Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirib, əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu deyib.

Dövlət başçısı ötən 30 il müddətində Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq münasibətlərinin regional sabitlik və əməkdaşlıq işində mühüm amil olduğunu bildirib.

İqtisadi sahədə əməkdaşlığa toxunan Azərbaycan Prezidenti xüsusilə nəqliyyat sferasında yeni imkanların olduğunu vurğulayıb.

Cənubi Qafqazın inkişafı ilə bağlı ölkələrimizin birgə baxışlarının olduğunu deyən Prezident İlham Əliyev xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirib və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib.

İliya Darçiaşvili Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin salamlarını və Gürcüstana səfər etməklə bağlı dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı salamlara və səfərə dəvətə görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Bakıda çox səmərəli görüşlər keçirdiyini bildirən İliya Darçiaşvili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcini deyib. Qonaq Azərbaycan Prezidentinin əlaqələrimizin inkişafına verdiyi dəstəyi Gürcüstan tərəfinin yüksək qiymətləndirdiyini bildirib. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Gürcüstanın xarici işlər naziri əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR