Meksika səfiri: “Azərbaycan və Sakit okean alyansı ölkələrinin əməkdaşlığı inkişaf edir”

"Aradakı böyük məsafəyə baxmayaraq, Azərbaycan və Sakit okean alyansı ölkələri arasında əməkdaşlıq uğurla inkişaf edir".

Gazette az xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Sakit okean: Azərbaycan və Latın Amerikası ölkələri arasında əlaqələndirici rolu oynayan Sakit okean alyansı” mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, inteqrasiya və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq prinsipləri üzərində qurulmuş Sakit okean alyansı Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır: “Ölkənin çox böyük potensialı var. Cənubi Qafqazın ÜMD-nin 75%-i Azərbaycanın payına düşür. Ölkənin Xəzər regionuna qapı rolu oynaması, xüsusilə də ticarət, investisiya və turizm sahəsində böyük imkanlar yaradır”.

Səfir 2017-ci ildə Azərbaycanın Meksikada səfirliyinin açılması ilə Sakit okean alyansı ölkələri ilə ticarətdə artımın baş verdiyini bildirib.

Xatırladaq ki, ticarət bloku olan Sakit okean alyansına 4 Latın Amerikası ölkəsi – Meksika, Peru, Çili və Kolumbiya daxildir. Azərbaycan təşkilatda müşahidəçi qismində təmsil olunur.

Ötən ilin dekabr ayında Sakit okean alyansının Bakıda ofisi açılıb.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR