
Reklam
19 Aprel 2022, 21:21
464
İsveç ukraynalı qaçqınların qəbulu üçün 1 milyard dollar ayıracaq
İsveç hökuməti ukraynalı qaçqınların qəbulu ilə bağlı xərcləri qarşılamaq üçün ölkənin Miqrasiya İdarəsinə 9,8 milyard kron (təqribən, 1 milyard ABŞ dolları) ayırmaq niyyətindədir.
Gazette az TASS-a istinadən xəbər verir ki, vəsaitin ayrılması haqqında təklif yaz büdcə layihəsinə daxil edilib.
Vəsaitin İnkişafa Dəstək Fondundan götürülməsi gözlənilir.
Hökumət, həmçinin bu il inflyasiyanın 4,6%, 2023-cü ildə isə 1,8% təşkil edəcəyini gözləyir. Bu il ÜDM-in 3,1%, gələn il 1,6% artacağı təxmin edilir.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





