
Reklam
16 Aprel 2022, 17:37
462
BMT Baş katibi Əl-Əqsa məscidi ərazisindəki toqquşmalarla bağlı çağırış edib
BMT Baş katibi Antonio Quterreş Yerusəlimdəki Zion Dağında İsrail təhlükəsizlik qüvvələri ilə fələstinlilər arasındakı toqquşmalardan narahatlığını bildirib.
Gazette az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş katib gərginliyin daha da artmaması üçün həmin ərazidə təxribatlara tezliklə son qoymağın vacibliyini vurğulayıb.
O, həmçinin bir daha Yerusəlim ziyarətgahlarında status-kvoya riayət etməyə çağırıb.
Xatırladaq ki, ötən gün sübh çağında Yerusəlimdəki Əl-Əqsa məscidi ərazisində İsrail polisi ilə fələstinlilər arasında irimiqyaslı toqquşmalar olub. Hadisə nəticəsində azı 152 fələstinli zərər çəkib.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





