Hindistan Buça şəhərində dinc sakinlərinin qətlə yetirilməsini pisləyib

Rusiyanın ənənəvi tərəfdaşı və bu ölkədən hərbi texnika idxalına bağlı olan Hindistan ilk dəfə Ukraynanın Buça şəhərində dinc sakinlərinin qətlə yetirilməsini pisləyib.

Gazette az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının bu məsələyə həsr olunmuş dünənki iclasında Hindistanın BMT-də daimi nümayəndəsi T.S.Tirumurti kütləvi qırğını qınayaraq müstəqil təhqiqat aparılmasına çağırış edib.

“Ukraynadakı vəziyyət bu barədə son dəfə TŞ-da keçirilən müzakirədən bu yana yaxşılaşmayıb. Təhlükəsizlik və humanitar vəziyyət daha da ağırlaşıb. Buça şəhərində mülki əhalinin qətlə yetirilməsinə dair son xəbərlər böyük narahatlıq doğurur. Bu qırğınları qətiyyətlə pisləyərək müstəqil təhqiqat çağırışlarını dəstəkləyirik”, - o deyib.

Hindistanlı diplomat bununla belə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləməyib.

T.S.Tirumurti Ukraynaya dava-dərman və digər humanitar yardımlar göndərdiklərini və bunu artırmağa hazır olduqlarını söyləyib.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR