
Reklam
05 Aprel 2022, 23:08
644
Rumıniya 10 rus diplomatını persona non-qrata elan edib
Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını persona non-qrata elan edib.
Gazette az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin öz saytında dərc olunmuş bəyanatında deyilir.
“Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyində çalışan 10 nəfərin fəaliyyətinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğunu hesab edərək, ölkə ərazisində persona non qrata elan etmək qərarına gəlib”, - məlumatda deyilir.
Rumıniya Xarici İşlər Nazirliyi qeyd edib ki, artıq rusiyalı diplomatlar bu qərarla bağlı məlumatlandırılıblar.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





