
Reklam
05 Aprel 2022, 19:05
550
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edə bilər
Sabah Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edə bilər.
Gazette Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyindən bildirilib.
“Buçada baş verənlər Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini gündəmə gətirir. Sabah, aprelin 6-da Brüsseldə yeni sanksiyalar barədə qərar qəbul oluna bilər” , - məlumatda vurğulanıb.
Qeyd edək ki, sabah Belçikanın paytaxtı Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısı keçiriləcək. İclasın əsas mövzularından biri də Ukraynadakı durumdur.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





