
Gürcüstan və Polşanın XİN başçıları Cənubi Qafqazda sabitliyi müzakirə ediblər
“Polşalı həmkarımla Cənubi Qafqazda inkişaf və uzunmüddətli tərəqqi üçün zəmin olan sülh və sabitliyin önəmini müzakirə etdik”.
Gazette Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə Tbilisidə mətbuata birgə bəyanatla çıxışında deyib.
Nazirin sözlərinə görə, bölgədə vəziyyətin gərginləşməsi təhlükəsizliyə olduqca böyük təsir edib.
XİN başçısı Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin “Dinc Qonşuluq Siyasəti” təşəbbüsünü xüsusi olaraq vurğulayıb:
“Bu təşəbbüs Cənubi Qafqazın üç ölkəsinin etimadın və regionda uzunmüddətli sülhün bərpasına yönəlmiş konkret layihələrin reallaşdırılması üçün səylərinin əsirgəməməsini nəzərdə tutur”.
D.Zalkaliani qeyd edib ki, Z.Rau Tbilisidən sonra İrəvan və Bakıya səfər edəcək: “Sülh təşəbbüsləri haqqında müzakirələr məntiqli davam olacaq və bu da Cənubi Qafqazda uzunmüddətli sülhə töhfə verəcək”.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





