Azərbaycanla Qətər arasında işgüzar şura yaradılacaq

Azərbaycan ilə Qətər birgə işgüzar şura yaratmaq niyyətindədir.

Gazette Az Gulf Times”-a istinadən xəbər verir ki, Dohada keçirilən Beynəlxalq kənd təsərrüfatı və ətraf mühit sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin sədri Orxan Məmmədov (KOBİA) ilə Qətər Ticarət və Sənaye Palatası sədri şeyx Xəlifə bin Casim əl Tani arasında müzakirə olunub.

Görüşdə iki ölkə arasında iqtisadi və ticari əlaqələrin cari vəziyyəti və daha da genişləndirilməsi, hər iki ölkədə sərmayə mühitinin yaratdığı imkanlara dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirən şeyx Xəlifə bin Casim bildirib ki, qətərli iş adamları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatında mövcud olan sərmayə imkanlarına maraq göstərirlər.

Palata rəhbəri qətərli sahibkarları Azərbaycana sərmayə qoymağa həvəsləndirdiklərini, iki ölkə arasında ümidləri hələ də doğrultmayan ticarət dövriyyəsini artırmağa yönələn hər cür addımları dəstəklədiklərini diqqətə çatdırıb.

KOBİA rəhbəri yaradılacaq işgüzar şuranın iki ölkə iş adamları arasında əməkdaşlığı artırmaq, Qətər sərmayəsinin Azərbaycana cəlb etmək baxımdan faydalı olacağını bildirib.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR