Uşaqlarda aşkarlanan rotavirus nədir?

Rotavirus infeksiyası xüsusilə azyaşlı uşaqlar üçün təhlükəli hesab olunur. Xəstəlik əsasən qış və yaz aylarında daha çox müşahidə edilir və uşaqlar arasında bağça və məktəblərdə sürətlə yayıla bilir.

Mütəxəssislər qeyd edirlər ki, xəstəliyin əsas əlamətləri ürəkbulanma, qusma, ishal və qızdırmadır. Yoluxma, əsasən, çirkli əllər və virusla çirklənmiş əşyalar vasitəsilə baş verir.

Rotavirusa qarşı spesifik antiviral müalicə yoxdur, antibiotiklər isə virusa təsir göstərmir. Xəstəlik, adətən, təxminən bir həftə ərzində sağalır. Müalicənin əsas məqsədi orqanizmdə maye və elektrolit itkisini bərpa etməkdir.

Xüsusilə iki yaşa qədər uşaqlarda infeksiya daha ağır keçə bilər. Güclü qusma və ishal qısa müddətdə bədəndə ciddi susuzlaşmaya, ağır hallarda isə hipovolemik şoka səbəb ola bilər. Qızdırma isə çox vaxt ilk iki gün ərzində müşahidə olunur.

Rotavirus infeksiyasından sonra orqanizmdə virusa qarşı müəyyən immunitet yaranır. Lakin bu, təkrar yoluxmadan tam qorunma təmin etmir. Təkrar yoluxma hallarında xəstəlik, bir qayda olaraq, daha yüngül keçə bilər.

Mütəxəssislər azyaşlı uşaqlarda susuzlaşma əlamətlərinə diqqət yetirməyi tövsiyə edirlər. Sidiyin azalması, ağız quruluğu, halsızlıq və maye qəbul edə bilməmək kimi hallar müşahidə olunduqda vaxt itirmədən tibbi yardıma müraciət etmək vacibdir.

Xatırladaq ki, bu gün Ceyranbatan qəsəbəsindəki 2 nömrəli tam orta məktəbdə şagirdlərin zəhərlənməsi şübhəsi ilə bağlı təcili tibbi yardım çağırışı qeydə alınıb. Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım göstərilib. Müayinə zamanı şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb.

SON XƏBƏRLƏR

Gündəlik kreditlərlə bağlı yeni tələblər qoyulur

Uşaqlarda aşkarlanan rotavirus nədir?

Hakerlər 2,5 milyard dollardan çox pul oğurlayıblar

"Rusiya ballistik raketlərlə hücuma hazırlaşır" - Zelenski

"Air France" Ər-Riyada reysləri dayandırdı

Malidə qədim Mars meteoriti aşkar edildi

Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit reallaşdıracaq

Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Kamran Əliyev Rusiya Baş prokuroru ilə görüşüb

Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək

DİN-də Kollegiya iclası keçirilib

Zakir Həsənov Slovakiyanın nümayəndə heyətini qəbul edib

Baş nazir Əli Əsədov Gürcüstana getdi

Hacı Vəliyevin cəzası azaldıldı

Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı

Bakı Beynəlxalq İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib

İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib

BÜTÜN XƏBƏRLƏR