TƏBİB-in İcraçı direktoru tibb işçiləri ilə görüş keçirib

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə TƏBİB-in İcraçı direktoru Anar Bayramov TƏBİB kollektivi ilə görüş keçirib.

Görüşdə ölkə səhiyyəsinin inkişafı istiqamətində görülən işlər, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və sistemin inkişaf prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.

Peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edən İcraçı direktor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təsis etdiyi bu əlamətdar gün artıq 25 ildir ki, səhiyyə işçilərinin əməyinə verilən yüksək dəyərin ifadəsidir. O, səhiyyə işçilərinə göstərdikləri xidmətə görə təşəkkür edib, onların vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirdikləri fəaliyyətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxış zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdikləri xüsusi diqqət və qayğının ölkədə səhiyyə sisteminin inkişafı, müasir tibb infrastrukturunun formalaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və insan kapitalının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Vurğulanıb ki, həyata keçirilən ardıcıl islahatlar və dövlət proqramları səhiyyə sisteminin inkişafına mühüm töhfə verib.

Görüş iştirakçıları arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş tibb işçiləri də olub. A.Bayramov onları səhiyyə sahəsində xidmətlərinə görə dövlət təltiflərinə layiq görülmələri münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tibb işçiləri göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, bundan sonra da ölkə vətəndaşlarına keyfiyyətli tibbi xidmət göstərilməsi istiqamətində səylərini davam etdirəcəklərini qeyd ediblər. 

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR