
Reklam
02 İyun 2026, 11:51
93
TƏBİB-də yeni təyinat
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.
Gazette.az Manşet.az-a istinadən xəbər verir ki, bu vəzifə Zara İbrahimovaya həvalə edilib.
O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktorun müşaviri vəzifələrində çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





