Barat Yusubov dəfələrlə təmənna güdmədən ehtiyaclı insanları müalicə etdirib

İnsanların dəyəri vəzifələri ilə deyil, əməlləri ilə ölçülür. 
 
Barat Yusubov da əməlləri ilə dəyər qazanmış insanlardandır. Dəfələrlə olub ki, heç tanımadığım ehtiyaclı insanları ona yönəltmişəm, heç bir təmənna güdmədən onları müalicə, əməliyyat etdirib.  Bəzən dərmanlarını da alıb verib.
 
Hər ay öz həkim komandası ilə birlikdə uşaq evlərinə gedib, kimsəsiz uşaqların ehtiyacları ilə maraqlanıb, sağlamlıq problemlərini həll etməyə çalışıb. Bəzən mənə müraciət edən uşaq evlərini də ona yönləndirmişəm, uşaqların əməliyyatını, hətta dərmanlarını da təmin edib. 
 
İllərdir xaricdə təhsil alan bəzi tələbələrin təhsilhaqqını ödəyir. Tibb sahəsində bir neçə çox mühüm xarici dərsliyin tərcüməsinə böyük vəsait ayırıb ki, tələbələrimiz öz dillərində istifadə edə bilsinlər.
 
Dəfələrlə şəxsi vəsaiti hesabına müxtəlif elmi, tibbi konfransların təşkilatçılığını edib, dünyaca tanınmış alimləri ölkəyə dəvət edib. 
 
Barat həkimi illərdir tanıyıram, bu və bunun kimi işləri o  həmişə edib və heç vaxt işıqlandırılmasını istəməyib. Ancaq, hər halda, şəxsən şahidi olduğum bu faktları bölüşməyi və ona təşəkkür etməyi özümə borc bilirəm. 
 
Cəmiyyətin xeyirxah insanlara həqiqətən ehtiyacı var.
 
Yazıçı, psixoloq
Rövşən Abdullaoğlu

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR