Dövlət Dəniz və Liman Agentliyi diplomların verilməsi prosesini sadələşdirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyində həyata keçirilən islahatların davamı olaraq sıravi heyət ixtisasları (növbə matrosu, növbə motorçusu, gəmi elektriki, gəmi aşpazı, gəmi kran operatoru) üzrə hazırlığı bitirmiş şəxslərə sertifikatın (diplomun) verilməsi prosesi sadələşdirilir.

Gazetteaz xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə “Uyğunluq haqqında Şəhadətnamə” verilmiş, sıravi heyət hazırlığını həyata keçirən təlim-tədris müəssisəsində təşkil olunmuş buraxılış imtahanlarından müvəffəqiyyətlə keçən şəxslər Agentlikdə sertifikatın (diplomun) verilməsi üçün keçirilən imtahandan azad olunurlar.

Müdavimlərin təlim-tədris mərkəzlərində hazırlıq kurslarını bitirməsi haqqında müvafiq sənədləri əsasında onlara Beynəlxalq Dəniz Təşkilatının “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın II/4-cü, III/4-cü, III/7-ci qaydalarının tələblərinə uyğun olaraq və milli qanunvericiliyə əsasən dənizçi vəzifələri üzrə sertifikatlar (diplomlar) veriləcək.

Məlumat üçün bildirmək istərdik ki, bu islahata qədər sıravi heyət ixtisasları üzrə hazırlığı bitirən şəxslər ilk dəfə sertifikat (diplom) almaq üçün Dövlət Dəniz və Liman Agentliyində təşkil olunan test imtahanlarında iştirak etməli idilər.

Əlavə edək ki, islahatlar çərçivəsində daha öncə komandir heyəti üzvləri eyni vəzifə üzrə etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomlarının) yenisi ilə əvəz edilməsi üçün təkmilləşdirmə kurslarını bitirdikdən sonra Agentlikdə keçirilən imtahanlardan azad edilib.

Eyni zamanda bildiririk ki, imtahan prosesinin və suallarının təkmilləşdirilməsi üçün Dövlət Dəniz və Liman Agentliyində ekspert komissiyasının yaradılmasına dair qərar qəbul edilib. Bu barədə ictimaiyyətə tezliklə əlavə məlumat veriləcək.

 

 

report

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR