Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun təmir olunması üçün layihə hazırlanıb

Yevlax-Zaqatala-Gürcüstan magistral yolu uzun illər əsaslı təmir olunmadığından istismar müddətini tamamlayıb.

Uzunluğu 164 kilometr yol 1961-ci ildə çəkilib. Yolun 46 kilometrlik Xaldan-Şəki, 40 kilometrlik Zaqatala-Balakən-Mazımçay hissəsi yenidən qurulsa da, Şəki-Qax və Qax-Zaqatala hissəsi əsaslı təmir olunmayıb.

Yolun ən çox yararsız hala düşən ərazisi Şəki rayonundan Qax rayonuna qədər olan 78 kilometrlik hissəsidir.

Yerli sakinlər bildiriblər ki, Respublika əhəmiyyətli yolun sözügedən hissələrində dərin çalalar əmələ gəldiyindən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Report"un Şimal-qərb bürosuna bildirib ki, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun əsaslı təmir olunması üçün layihə hazırlanıb və təqdim edilib.

“Son illər Şimal-qərb bölgəsində Şəki-Qax, Qax-Zaqatala, o cümlədən Yevlax-Şəki və Zaqatala-Balakən-Mazımçay istiqamətində tam rahat yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib. Bu ərazidə magistral yolun əsaslı təmir olunmayan bir hissəsi qalıb ki, bu hissə də yolun Şəki-Qax hissəsidir. Artıq bu yolun da yenidən qurulması ilə bağlı layihə hazırlanıb və təqdim olunub. Layihə təsdiqləndiyi halda yaxın müddət ərzində yolun yenidən qurulması təmin ediləcək”.

 

 

report

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR