Cəriməsi olanlar oxusun: Bu cərimələr əsassızdır - Ekspert AÇIQLADI

Bakı Nəqliyyat Agentliyinin parklanma ilə bağlı yazdığı cərimələrin qanuni əsası yoxdur.

Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

 

O bildirib ki, Bakı Nəqliyyaty Agentliyi tərəfindən xüsusi texniki vasitələrlə, yəni kamera vasitəsilə qeydə alınan xətalar heç bir qanuna əsaslanmır.

"Çünki, qanunvericilikdə aydın şəkildə göstərilib ki, hansı xətalar kamera, hansı xətalar radarla qeydə alına bilər. Bu prosesdə texniki baxışdan keçmədikdə, təhlükəsizlik kəmərindən istifadə olunmadıqda, yolayrıcını keçmə qaydasını pozduqda və digər hallarda cərimə yazıla bilər. İnzibati Xətalar Məcəlləsinin 124 və 126-cı maddələrində xüsyusi texniki vasitələrlə qeydə alına bilən xətaların siyahısı var. Bu siyahıda dayanma durma ilə bağlı hər hansı bir müddəa yoxdur. Ona görə də Bakı Nəqliyyat Agentliyi həmin cərimələri kameralar vasitəsilə qanunsuz tətbiq edib. Qanunsuzluğa qarşı qanunsuz yolla mübarizə aparmaq heç bir nəticə vermir",-deyə E. Muradlı deyib.

Ekspert bildirib ki, bu cür cərimələrlə üzləşən sürücülər məhkəməyə müraciət edərək həmin cərimələri ləğv etdirə bilər.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR