"Bu fərman ölkəmizdə uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır"

Bu gün Prezident İlham Əliyevin imzaladığı "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Fərman uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsinə imkan yaratmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir.

O cümlədən, Nazirlik himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılmasını, valideyn himayəsindən məhrum uşaqların onlar üçün müəssisələrdə yerləşdirilməsini, həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbulunu həyata keçirəcək.

Həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək. Həmin müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planları hazırlayacaq.

Himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur. Həmin modelin ölkəmizdə də tətbiqinə hazırlıq işləri aparılır. Bu sahədə Nazirlik tərəfindən qabaqcıl dünya təcrübəsi öyrənilir, xüsusilə Türkiyənin bu sahədə təcrübəsindən istifadəyə xüsusi önəm verilir və qardaş ölkə ilə fəal təcrübə mübadilələri aparılıb.

Dövlət başçısının yeni Fərmanı himayədar ailə institutunun ölkəmizdə uğurla formalaşmasına şərait yaradlır. Fərmanla bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər Nazirlər Kabineti tərəfindən yeddi ay müddətində hazırlanıb dövlət başçısına təqdim ediləcək.

Habelə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi himayədar ailə sahəsində dövlət siyasətini, tənzimləməni və dövlət nəzarətini, bu sahədə idarəetməni həyata keçirməsi ilə əlaqədar 2022-ci il noyabrın 1-dək Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təkmilləşdirilməsini təmin edəcək.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR