Azad edilmiş ərazilərdə itmək təhlükəsində olan 65 bitki növü aşkarlanıb

"Ötən ildə Qarabağın bir sıra rayonlarının (Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl) bitki genetik ehtiyatlarının floristik təftişi, bioekoloji xüsusiyyətləri və istifadə imkanları təhlil edilib. Tədqiqatlar nəticəsində 9 genofond qrupuna aid (yabanı qida, tərəvəz, meyvə və giləmeyvə, ədviyyat, yem, dərman, vitaminli, balverən və boyaq bitkiləri) 163 fəsilə, 391 cinsə aid 541 növün yayılması aşkar edilib".

Gazetteaz xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov məlumat verib.

Onun sözlərinə görə, torpqalarımızın işğaldan azad olunması nəticəsində bu ərazilərdə yayılmış bitki və heyvan genetik müxtəlifliyi əsl sahibinə qaytarılıb və onların müqayisəli tədqiqi üçün tarixi şərait yaranıb.

“AMEA Genetik Ehtiyatlar İnstitutu işğaldan azad edilmiş ərazilərdə bitki genetik ehtiyatlarının təftişi, toplanması, mühafizəsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun torpaq-iqlim şəraitinə uyğun yeni bitki sortlarının yaradılması işini prioritet elan edib və planlı şəkildə elmi-tədqiqat fəaliyyətinə başlayıb”, - deyə institutun baş direktoru qeyd edib.

Alim deyib ki, aparılmış təhlillər göstərib ki, qeyd edilən bitkilərdən perspektivli növlərə əsasən Füzuli (127 növ) və Ağdam (93 növ) rayonlarında rast gəlinir. Ərazidə itmək təhlükəsində olan 65 bitki növü aşkar edilərək Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni nəşrinə daxil edilməsi tövsiyə olunub.

Baş direktor, həmçinin işğaldan azad edilmiş ərazilərdə növbəti illərdə ekspedisiyaların keçirilməsi üçün plan və yol xəritələrinin hazırlandığını da vurğulayıb.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR