Fazil Mustafa: Hansı ölkədə Azərbaycandakı qədər hacı, hacıxanım, kərbəlayı, məşhədi var?

"Dövlətin dini icmaların qeydiyyatı məsələsinə qarışması lazımdır. Ona görə lazımdır ki, çox vaxt dini icmalar inanc məsələsinə görə yaradılmır. Onların yaradılma səbəbi bir çox hallarda siyasi məqsədlərdir".

Gazetteaz xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, siyasi məqsədlərlə yaradıldığına görə dini fəaliyyətdən daha çox siyasi fəaliyyətə yönəlirlər.

"Belə bir vəziyyətdə dövlət mütləq nəzarət qoymalıdır ki, başqa ölkələrdə yaşananlar Azərbaycanda yaşanmasın. Çünki cəhalətin ən acınacaqlı forması dindən gəlir. Lap çoxdandır ki, Azərbaycanda İslam dini bu və ya digər formada yoxdur. Əvvəllər hamı elə bilirdi ki, bu, İrandan gəlir. Xeyr, elə Ərəbistandan, Türkiyədən, İrandan və başqa yerlərdən gələn də eyni cəhalətin, eyni aqressivliyin daşıyıcısıdır. Ona görə də biz onları nəzarətdə saxlamalıyıq. İslam insanın şəxsi əxlaqı, mənəviyyatı ilə bağlı olan bir məsələdir. Çoxu gözə soxmaq üçün bu ibadəti edir. Həmin insanlar yaxınında, çevrəsində olan insanların təqdirini qazanmaq, mömin görünmək üçün belə edirlər. Hansı ölkədə Azərbaycandakı qədər hacı, hacıxanım, kərbəlayi, məşhədi var?! Heç birində! Saxtakar olmayan adam elə öz adı ilə çıxış edər də! Adama deyərlər ki, sənin ibadətinin mənə nə dəxli?! O, sənin fərdi məsələndir. Niyə adının qabağına “hacı”, “hacıxanım” yazdırır? Deməli, problem başqadır. Bu, Allaha göstərmək üçün deyil, cəmiyyətə göstərmək üçündür. Özünü Allaha göstərməyə ehtiyac yoxdur. Onsuz da Allah sənin gerçək inanc sahibi olub-olmadığını bilir. Amma cəmiyyətə göstərməyə başlayanda hoqqabazlıq, saxtakarlıq, dələduzluq özünü büruzə verir. Həm də bütün bunlar artmağa başlayır", - deyə Fazil Mustafa bildirib.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR