“Bahar enerji” şirkətindən oğurluğun təfərrüatı məlum olub

“Bahar enerji” şirkətindən oğurluğun təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinə Qum adası ərazisində yerləşən “Bahar enerji” əməliyyat şirkətindən müəssisəyə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən elektrik naqilinin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olub. Hadisə ilə bağlı dərhal əməliyyat-istintaq qrupu tərəfindən əraziyə baxış keçirilib.

Su polislərinin həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməksdə şübhəli bilinən 3 nəfər paytaxt sakini Xəlil Həsənov, əvvəllər məhkum olunmuş Səyyar Məhərrəmov və Həsənqulu Quliyev saxlanılıb.

Qeyd edək ki, bu şəxslər əvvəlcə əməliyyat şirkətinin inzibati binasına daxil olublar və oradan oğurluq etmək istəyiblər. Daha sonra isə dəstə üzvləri şirkətin ərazisində qeyd edilən cinayət əməllərini törədiblər. Araşdırma zamanı müəyyən edilib ki, Xəlil Həsənov və digərləri heç bir balıqçılıq icazələri, eləcə də kvotası olmadan dənizə balıq tutmaq adı qayıqla daxil olublar. Həmin qayığa baxış zamanı balıqçılıq alətləri yox dəmir avadanlıqlarının kəsilməsi üçün nəzərdə tutulan əşyalar və şirkətdən oğurlanan naqillər, həmçinin konstruksiyalar aşkar edilib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə vətəndaş məmnunluğu təmin edilib. Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə şikayət edən bir nəfər xanım Bakı Dəniz Vağzalının ərazisində yerləşən restoranlardan birində ona məxsus içərisində 1500 manat və sənədlər olan əl çantasının oğurlandığını bildirib. İdarə əməkdaşları tərəfindən aparılan araşdırmalar zamaı müəyyən edilib ki, həmin qadının çantası oğurlanmayıb. O, yaşadığı evə gedən zaman çantasını paytaxtın Nizami rayonu ərazisində yerləşən apteklərdən birinin qarşısında itirib. Su polisləri tərəfindən görülmüş operativ tədbir nəticəsində çanta qısa zamanda tapılaraq içindəki pullar və sənədlərlə birgə sahibinə qaytarılıb.

Su Polisləri tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələrin gətirilməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq aparılır.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR