Yenidən sərt karantin tədbirləri görülə bilər

"Bizdə də yoluxma sayı daha da arta bilər, amma sürətlə artacağını düşünmürəm. Çünki artıq əhalinin böyük bir qismi peyvəndlənibdir, buster (üçüncü) dozanı da artıq az qala 2 milyon insan vurdurubdur".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.

Mütəxəssis bildirib ki, bəzi qaydaların yenidən sərtləşdirilməsi ehtiyacı yarana bilər:

"Ölkəmizdə yoluxma sayının sürətlə artmayacağını düşünməyimə ikinci səbəb isə budur ki, bilirsiniz ki, hələ müəyyən məhdudiyyətlə qalır, tam aradan qaldırılmayıb. Virusa yoluxanların sayında artım olacaq və bu gözləniləndir, amma Gürcüstandakı kimi (Gürcüstanda yoluxanlar 8 mini keçdi - red) artım olacağını düşünmürəm. 

Bizdə pandemiyanın vüstə aldığı ilk vaxtlardakı - birinci, ikinci dalğa dövründəki kimi yoluxma sayı 5 minə də çata bilər, bu rəqəm yenidən təkrarlana bilər. "Omikron" ştammı çox sürətlə yayılır, yoluxuculuq qabiliyyəti yüksəkdir, bağça yaşlı uşaqlar, məktəbli uşaqlar arasında daha çox yayılır. Üstəlik də bu virusa əvvəl keçirmiş insanlar da yenidən yoluxa bilərlər. Hətta bu yaxınlarda "Delta" ştammına yoluxanlar belə yenidən yoluxa bilərlər, hətta yoluxanlar da var artıq. 

Xarici ölkələrdən çoxlarının artıq "Omikron"la bağlı bir neçə həftəlik təcrübələri var. Bizim insanlar xarici ölkə vətəndaşlarından orqanizmin xüsusiyyətləri baxımından çox fərqlənmir ki. Ona görə, ola bilər ki, bizdə də yoluxma sayında yüksək rəqəmlər olsun. Amma bir məsələ də var, "Omikron" o qədər də böyük fəsadlar törətmir. Sadəcə say olaraq xəstəxanaların bir qismində nisbətən yüklənmə mümkündür, o da nisbi. Səhiyyəmizin bu dəfə mütləq yüklənəcəyini düşünmürəm. Çünki insanların çoxu bu xəstəliyi artıq yüngül keçirdiyi, fəsadlar az olduğu üçün xəstəxanaya müraciətlər azalır. Bu ştammın fəsadlarının, ağırlıq dərəcəsinin digərlərindən təxminən 3 dəfə az olduğu düşünülür. 

Yoluxma sayının artması isə ölkəmizdə karantin rejiminin çox sərt yox, müəyyən qaydaların yenidən tətbiqini şərtləndirə bilər. Bu zaman bəzi qaydaların yenidən bir qədər sərtləşdirilməsi ehtiyacı yarana bilər. Onda da ehtiyac olsa, yəqin ki, bu istiqamətdə də qərar qəbul olunacaq.

Buster doza ilə ikinci dozanın o qədər fərqi yoxdur. Buster doza o deməkdir ki, artıq itmiş antiteli yenidən bərpa edirsən. Burada qeyri-adi, başa düşülməyəcək bir şey yoxdur deyək ki, üçüncü (buster) doza xüsusi qabiliyyətə malikdir. Sadəcə antitellər azaldığı üçün təkrar vurursan ki, antitel sayı artsın ki, orqanizm bədənə düşən virusla mübarizə apara bilsin".

SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və  Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

İlham Əliyev Kadırovu qəbul etdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

BÜTÜN XƏBƏRLƏR