Hulusi Akar: “Bu qələbə həm də haqsızlığa, qanunsuzluğa göz yumanlara ən gözəl cavab oldu” - FOTO

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar başda olmaqla qardaş ölkədən gələn nümayəndə heyəti Bakıda Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən bayram tədbirində iştirak edib.

 

Tədbirdə çıxış edən türkiyəli nazir bu qürur günündə can qardaşları ilə bir yerdə olmağın sevincini ifadə edib.

“Çox şükür, Qarabağ bu gün azaddır… Azərbaycan xalqı keçirdiyi çətinliklər qarşısında təslim olmadı, “artıq bəsdir” deyərək Vətəninə, haqqına, hüququna, öz torpaqlarına sahib çıxdı”, - deyə nazir bildirib.

Qarabağın azad edilməsində ən böyük payı olan şəhidlərimizə rəhmət, qazilərə isə tezliklə şəfa diləyən nazir adları şanlı tariximizin ən müstəsna səhifələrinə yazılmış bu igidlərin Ali Baş Komandan İlham Əliyevin liderliyində həyata keçirdikləri fədakarlıqlarının, qəhrəmanlıqlarının heç vaxt unudulmayacağını, hər zaman minnətdarlıqla xatırlanacağını vurğulayıb.

“Qəhrəman Azərbaycan ordusunun bu qələbəsi təkcə 44 günlük mübarizədən sonra deyil, 30 illik əzmkarlıq və inamın nəticəsində əldə olunub”, - deyə nazir əlavə edib.

Hulusi Akar bu zəfərin təkcə Ermənistana qarşı qazanılan qələbə olmadığını deyib:

“Bu qələbə həm də haqsızlığa, qanunsuzluğa göz yumanlara, illərdir səssiz qalanlara ən gözəl cavab oldu. Həmişə olduğu kimi, sevincini sevincimiz, kədərini də kədərimiz bildiyimiz can qardaşlarımızın bu haqlı mübarizəsində yenə yanında olduq. Millət olaraq can qardaşlarımıza bütün imkanlarımızla dəstək olmağa çalışdıq, çünki biz bir kökdən, gövdədən qidalanan böyük çinarın budaqları kimiyik, böyük millətin övladlarıyıq. Metenin, Atillanın, Kül Tiginin, Alpaslanın, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Bilinməlidir ki, tarixi prosesdə baş verən hadisələr Azərbaycan və Türkiyə arasında əngəllər yaratsa da, dini, dili, milliyyəti eyni olan, tarixi qardaşlıq əlaqələri ilə bağlı olan iki ölkə xalqının qəlbinə heç vaxt kilid vura bilməyib və bilməyəcək...”

Onu da qeyd edək ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil olunan bayram proqramında qardaş ölkənin dəyərli sənətçiləri Esat Kabaklı, Zəfər Albayrak və Dünya Tekin Türkiyə Silahlı Qüvvələri Armoni Mızıkası və Mehteran Birliyinin (hərbi orkestr) müşaiyəti ilə konsert veriblər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR