Gənc əsgərlər and içdilər

Zəfər Günü ərəfəsində Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.

 

Məlumata görə, Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.

Tədbirdə 8 Noyabr Zəfər Günündən və hərbi andın mahiyyətindən danışan polkovnik Mübariz Rzayev şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb.

Gənc əsgər Tayfun Qədimli 44 günlük Vətən Müharibəsi ilə xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına və ayıq-sayıq döyüş növbətçiliyi aparacaqlarına söz verib.

Valideynlər adından çıxış edən Elsevər Dünyamalıyev övladının hərbi andı qəbul edərək tam hüquqlu əsgər olmasının sevinci və qüruru ilə gənc əsgərləri təbrik edib.

General-mayor Rəhim Cəfərov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, ümummilli lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı Milli Ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində işğal altındakı torpaqlarımızı düşməndən azad edən Müzəffər Ordumuz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazıb: "İnanırıq ki, Zəfər Günü ərəfəsində hərbi andı qəbul edən gənclərimiz də Vətən Müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi vicdanla və şərəflə xidmət edərək döyüş növbətçiliyinin uğurlu təşkilində fəal iştirak edəcəklər".

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Uzun illərdir davam edən ənənəyə əsasən Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andı qəbul edən əsgərlərə qısamüddətli məzuniyyət verilir və Naxçıvan Muxtar Respublikasından həqiqi hərbi xidmətə çağırılan əsgərlərimizdən hər hansı biri də evlərinə gedən zaman Azərbaycanın digər bölgələrindən hərbi xidmətə çağırılmış əsgərlərdən birini özü ilə bərabər qonaq apara bilir. Xalqımızın qonaqpərvərliyini göstərən bu tədbirlər həm də əsgərlər arasında ömürlük dostluq münasibətləri yaradır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR