Erməni vandallığının növbəti sübutu: Cəbrayılda məzarlığı dağıdıb, meyitlərin qızıl dişlərini söküblər - FOTO

Ermənilər işğal altında saxladıqları ərazilərdə azərbaycanlıların basdırıldığı məzarlığı qazıb, meyitlərin qızıl dişlərini söküblər.

 

APA-nın Qarabağ bürosunun Cəbrayıl rayonu Şahvəlli kənd inzibati ərazi vahidliyinin tabeliyində olan Niyazqulular kəndində apardığı çəkiliş zamanı ermənilərin məzarlıqda olan mərmər baş və sinə daşlarını söküb daşıdığı, məzarları qazaraq meyitlərə qarşı vandallıq əməlləri törətdiyi məlum olub.

Niyazqulular kəndi və kənd məzarlığı tamamilə dağıdılıb. İnsan sümükləri qəbirlərdən çıxarılaraq ətrafa səpələnib. Meyitlərdən birinin baş sümüklərinə baxış zamanı məlum olub ki, erməni vandalları ağızdakı qızıl dişləri söküb, metal dişlərə isə toxunmayıb.

Bu fakt ermənilərin Azərbaycana, onun vətəndaşlarına qarşı törətdiyi vəhşiliyin daha bir sübutudur.

Qeyd edək ki, Cəbrayıl rayonunun Niyazqulular kəndi 27 il ermənilərin işğalı altında olarkən xarabalığa çevrilib. Bütün evləri, inzibati binaları uçurub, yerlə-yeksan edilib.

Cəbrayıl rayonun Niyazqulular kəndi 2020-ci il oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı sayəsində erməni işğalından azad olub.

 

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR