DYP-dən sürücülərə və sərnişinlərə XƏBƏRDARLIQ

“Sürücü və sərnişinləri ətraf-mühitə ziyan vurmamağa çağırırıq”.

Bu Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və sərnişinlərə müraciətində bildirilib.

BDYPİ-dən daxil olan müraciətdə deyilir:

“Yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təəssüf doğurur. Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 9 ayı ərzində belə inzibati xətaya yol verdiklərinə görə 301 şəxs barəsində protokol tərtib edilib.

Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər.

“Yol hərəkəti haqqında” Azərbaycan qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq və xatırladırıq ki, belə hərəkətlər qeyri-etik olmaqla bərabər eyni zamanda mədəniyyətin göstəricisi kimi qiymətləndirilə bilər”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR