Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?

 

Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq. Mərkəzi Bank tərəfindən artıq qaydalar hazırlanıb və qısa müddətdə tətbiqi gözlənilir.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Yeni qaydalar isə birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur.

"Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur, və yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır. Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq.

Yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərə şamil ediləcək. Bu zaman şərtlərin “İşsizlikdən sığorta” haqqında Qanunun tələblərinə uyğun olacağı gözlənilir. Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi şəkildə təklif edilməsi planlaşdırılır. İstehlak krediti götürən şəxslərin bu sığorta xidmətindən istifadə etməsi könüllü olacaq, yəni müştəri seçim etməkdə sərbəstir.

Sığorta hadisəsi baş verən zaman kreditin tam və ya qismən şiğorta şirkəti tərəfindın ödənilməsi həyata keçiriləcək. Bu zaman qanunvericilikdə nəzərdə tutulan sığorta halları nəzərə alınacaq. İş yerinin ləğvi, ştatların ixtisar olunması, əmək müqaviləsinin müddəti qurtarması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması və s. sığorta hadisələri siyahısındadır", - deyə o bildirib.

Deputat vurğulayıb ki, sığortadan istifadə etmək kredit götürən üçün əlavə xərc deməkdir və yalnız sığorta ödənişləri həyata keçirildiyi halda sığorta hadisəsi baş verən zaman öhdəliklər qarşılana bilər.

"Bu, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanmasıyla yanaşı, kreditin xərc stukturunun dəyişməsi, onların kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması, öhdəliklərin kredit götürən və bank arasında bölüşdürülməsi və eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqinin kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır. Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür.

Mərkəzi Bankın da son açıqlamaları göstərir ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faizi azalmasına gedəcəklər. Çünki, kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır. Yəni, işsizlikdən sığortanın tətbiq olunduğu kreditin faizi dərəcəsi adi kreditlərin faizindən aşağı olacaq. Bu isə sözügedən sığorta növündən istifadəni stimullaşdıracaq", - deyə o bildirib.

SON XƏBƏRLƏR

Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edildi

Azərbaycançılıq ideologiyası informasiya suverenliyinin əsas təminatıdır

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq

ASK ilə ADFIMI arasında memorandum imzalanıb

Zəfər günü ərəfəsində Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Zaur Əliyevin “Sahiblik” adlı yeni dərs vəsaiti işıq üzü görüb.

Daha 7 il Ombudsman olacaq

“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

Azərbaycanda "Quşçuluq qrupu" fəaliyyətə başlayıb

Pensiyalarla bağlı yeni qərar AÇIQLANDI

Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı

Bəzi ölkələr 3 günlük ərzaq ehtiyatı yığmağa çağırır - Məqsəd nədir?

Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu

Yakuboviç Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Bu ay 11 gün iş olmayacaq

BÜTÜN XƏBƏRLƏR