Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Azərbaycan BMT Turizm tərəfindən 2027-ci ildə keçiriləcək 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumunun ev sahibi ölkəsi seçilib.
 
Forumun 2027-ci il iyununda Qəbələdə keçirilməsi nəzərdə tutulur.
 
Qeyd olunan beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın zəngin qastronomiya irsinin beynəlxalq səviyyədə tanıdılması və qastronomiya turizminin inkişafı baxımından əhəmiyyət daşıyır. Forum çərçivəsində Azərbaycanın milli mətbəxi, ənənəvi qastronomiya irsi və yerli məhsulları beynəlxalq turizm və qastronomiya mütəxəssislərinə təqdim ediləcək.
 
BMT Turizm-in təşkilatçılığı ilə 2015-ci ildən keçirilən Ümumdünya Qastronomiya Turizmi Forumu turizm və qastronomiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri, akademikləri, istehsalçıları, sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir. Forumun əsas məqsədi qastronomiya turizmi sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, uğurlu təcrübələri müəyyənləşdirmək və qastronomiya turizminin destinasiyaların inkişafındakı rolunu gücləndirməkdir. Forum yerli qastronomiya ənənələrinin və mədəni irsin qorunması, yerli məhsulların tanıdılması, eləcə də turizm vasitəsilə iqtisadi inkişafın dəstəklənməsi məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.
 
Tədbirin Azərbaycanda təşkili ölkənin qastronomiya potensialının beynəlxalq auditoriyaya təqdim olunmasına, turizm sahəsində investisiya və təhsil istiqamətlərində əməkdaşlıq imkanlarının genişləndirilməsinə, həmçinin beynəlxalq turizm sənayesi nümayəndələri ilə işgüzar əlaqələrin inkişafına töhfə verəcək.

SON XƏBƏRLƏR

Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək

Müharibədən sülhə keçid: Azərbaycanın təcrübəsi və beynəlxalq hüququn əhəmiyyəti

Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi

Cümhuriyyətə aparan tarixi yol - Türkiyə Cümhuriyyəti 103 yaşında

Polis Akademiyasının kursantları Zəfər Parkı və Zəfər Muzeyini ziyarət ediblər

Nurlan Ordubadlı təltif edilib

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Prezidentdən MÜHÜM FƏRMAN

“Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Ruandalı nazir ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub

“CHELEBI” BIAF-da Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib

Prezident İlham Əliyev Petr Paveli təbrik edib

İlham Əliyev onlara müraciət ünvanladı

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Agentlikdə bir qrup müharibə iştirakçısı ilə görüş keçirildi

Rəşad Əhmədzadə işçisini məhkəməyə verdi - Videomüraciət yaymışdı

BÜTÜN XƏBƏRLƏR