XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib.

Laboratoriyanın yaradılmasında əsas məqsəd xüsusi rabitə sistemləri üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi, müasir texnologiyalarla işləmək imkanlarının genişləndirilməsi və bu sahədə yüksəkixtisaslı kadr hazırlığının dəstəklənməsidir.

Laboratoriyada tələbələr xüsusi rabitə sistemlərinin quruluşu, fəaliyyət prinsipləri və təhlükəsiz istismarı ilə bağlı praktiki biliklər əldə edəcək, müvafiq texnologiyalarla işləmək bacarıqlarını inkişaf etdirəcəklər.

Qeyd edək ki, XRİTDX ilə AzTU arasında əməkdaşlıq 2022-ci ildən davam edir. Tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbələrin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının artırılması, praktiki təlimlərin və maarifləndirici tədbirlərin təşkili, eləcə də fərqlənən tələbələrin dəstəklənməsi istiqamətində bir sıra layihələr həyata keçirilib.

Xüsusi Rabitə Sistemləri Laboratoriyasının istifadəyə verilməsi bu əməkdaşlığın yeni mərhələsi olmaqla, xüsusi rabitə və informasiya təhlükəsizliyi sahəsində milli kadr potensialının gücləndirilməsinə xidmət edir.

SON XƏBƏRLƏR

Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək

Müharibədən sülhə keçid: Azərbaycanın təcrübəsi və beynəlxalq hüququn əhəmiyyəti

Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi

Cümhuriyyətə aparan tarixi yol - Türkiyə Cümhuriyyəti 103 yaşında

Polis Akademiyasının kursantları Zəfər Parkı və Zəfər Muzeyini ziyarət ediblər

Nurlan Ordubadlı təltif edilib

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Prezidentdən MÜHÜM FƏRMAN

“Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb

Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Ruandalı nazir ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub

“CHELEBI” BIAF-da Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib

Prezident İlham Əliyev Petr Paveli təbrik edib

İlham Əliyev onlara müraciət ünvanladı

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Agentlikdə bir qrup müharibə iştirakçısı ilə görüş keçirildi

Rəşad Əhmədzadə işçisini məhkəməyə verdi - Videomüraciət yaymışdı

BÜTÜN XƏBƏRLƏR