Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Oktyabrın 8-də Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu keçiriləcək. Beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC ev sahibliyi edəcək.

Gazette.az xəbər verir ki, tədbir Avropanın poçt operatorlarını, beynəlxalq təşkilatların nümayəndələrini və sektor rəhbərlərini bir araya gətirəcək. İkigünlük proqram çərçivəsində poçt sektorunun strateji inkişaf istiqamətləri, dəyişən bazar şərtlərinə uyğunlaşma, transsərhəd əməliyyatlara təsir edən gömrük və tarif dəyişiklikləri, eləcə də daha əlçatan və inklüziv poçt xidmətlərinin inkişafı müzakirə olunacaq.

Proqramın ilk günü “PostEurop” Baş Assambleyasının nizamnamə məsələlərinə, təşkilatın strategiyasının icrasına və qarşıdakı dövr üzrə fəaliyyət istiqamətlərinə həsr ediləcək. İkinci gün keçiriləcək Biznes Forumda isə Avropa poçt sektorunun aktual çağırışları, əməliyyat dayanıqlılığı və yeni yanaşmalar diqqət mərkəzində olacaq.

Baş Assambleya çərçivəsində “EUROPA” poçt markalarının 70 illiyinə həsr olunan xüsusi sərginin təşkili də nəzərdə tutulur. Bundan başqa, tədbir zamanı “PostEurop” Baş Assambleyasının Bakıda keçirilməsinə həsr olunmuş poçt markasının xüsusi möhürlənmə mərasimi keçiriləcək.

Bakının bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq poçt əməkdaşlığındakı iştirakını və “Azərpoçt”un Avropa poçt ictimaiyyəti ilə əlaqələrinin inkişafını nümayiş etdirir.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR