Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2025-2026-cı tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb.

Görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. Müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu hər gün daha da artır. Ümummilli Liderimiz Heydər Əliyev təhsilin vacibliyini önə çəkərək deyirdi ki, “İndi dünya intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə nail olmalıyıq”. 

RİH-in başçısı Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ölkə təhsilinə göstərdiyi diqqət və qayğısından, bu qayğının nəticəsi olaraq rayonun ümumtəhsil məktəblərində aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verib.

Yüksək bal toplayan məzunlar, müəllimlər və valideynlər Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət, qayğıya görə minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Məlumat üçün bildiririk ki, 2025-2026-cı tədris ilində Neftçala rayon ümumtəhsil məktəblərindən məzun olan 722 nəfər şagirddən 416 nəfəri ali məktəblərə qəbul üçün müraciət edib. Qəbul imtahanlarında iştirak edən məzunların 269 nəfəri tələbə adını qazanıb.Tələbə adını qazanan məzunlardan 14 nəfəri 600-dən yüksək bal toplayaraq Respublikamızın ali təhsil ocaqlarına qəbul olublar.

Neftçala RİH-i tərəfindən 2025-2026-cı tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq nəticələr göstərən tələbələr fəxri fərmanlarla təltif olunub və xatirə hədiyyələri təqdim edilib.
Görüşün sonunda yüksək nəticələr göstərən məzunlar, müəllim və valideynlərlə xatirə şəkli çəkilib.

   

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR